AZ

Neft qiymətləri Tramp və Putinin görüşündən sonra sabitləşib

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Bazar ertəsi səhər enişdən sonra neft qiymətləri sabit qaldı. ABŞ Rusiyanın neft ixracına qarşı əlavə məhdudiyyətlər tətbiq etmədiyi üçün bazarda kəskin təzyiq yaranmadı.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Reuters” yazır.

Brent fyuçersləri 6 sent (0,09%) azalaraq bir barel üçün 65,79 dollar, WTI isə 2 sent (0,03%) artaraq 62,82 dollar olub.

Cümə günü Alyaskada keçirilən Tramp–Putin danışıqları müvəqqəti atəşkəsdən çox, daimi sülh sazişinə yönəlmiş mövqelərin uzlaşdığını göstərdi. Bazar ertəsi Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə də görüşərək müharibənin tez bir zamanda sülh yolu ilə həllini müzakirə etməyi planlaşdırır.

Tramp cümə günü bildirib ki, hələlik Çin və ya Rusiya neftini alan digər ölkələrə qarşı yeni tariflər tətbiq etməyi düşünmür, amma bunu "iki-üç həftə ərzində” edə bilər. Bu bəyanat bazarın Rusiyadan tədarükün kəskin azalacağına dair narahatlığını azaldıb. 

Dünyanın ən böyük neft idxalçısı olan Çin, Rusiyanın əsas müştərisidir, ardınca Hindistan gəlir. RBC Capital analitiklərinin sözlərinə görə, bazarı ən çox narahat edən məhz bu ölkələrə təsir edə biləcək "ikinci dərəcəli tariflər” idi. Lakin Tramp hələlik Pekinə qarşı tələsmədiyini göstərib.

Bununla belə, RBC-dən Helima Kroft qeyd edir ki, status-kvo dəyişməz qalır: Moskva ərazi tələblərindən imtina etmir, Kiyev və Avropa liderlərinin bir qismi isə "torpaq əvəzində sülh” ideyasını qəbul etmir.

İnvestorlar həmçinin bu həftə Cekson-Houl simpoziumunda ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauellin çıxışını gözləyir. Onun açıqlamaları mümkün faiz dərəcələrinin endirilməsinə işarə edə bilər ki, bu da fond bazarlarını yeni rekorda daşıya bilər.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
38
qaynarinfo.az

10Mənbələr