AZ

Trampın müşaviri: Hindistanın Rusiya ilə əlaqələri ABŞ ilə əməkdaşlığı zəiflədə bilər

ABŞ-ın ticarət və iqtisadi müşaviri Piter Navarro "Financial Times" üçün köşə yazısında Hindistanın Rusiya neftinin alınmasının Rusiya və Ukrayna arasında münaqişəni qızışdırdığı, Nyu-Dehlinin Moskva və Pekin ilə sıx əlaqələrinin Vaşinqtonla hərbi əməkdaşlığı zəiflədə biləcəyi fikrini ifadə edib.

HİT.az xəbər verir ki, Navarronun sözlərinə görə, Hindistan ABŞ-ın ona strateji tərəfdaş kimi yanaşmasını istəyirsə, bir tərəfdaş kimi davranmağa başlamalıdır.

Ağ Evin müşaviri qeyd edib ki, Yeni Dehli Rusiya neftinin ticarətində qlobal vasitəçiyə çevrilərək, sanksiyaya məruz qalan resursu qiymətli ixracata çevirib. Onun sözlərinə görə, əgər 2022-ci ilin fevralına qədər Rusiya Hindistana 1%-dən az neft tədarük edirdisə, indi onun payı 30%-i keçir. Navarro belə kəskin artımın daxili istehlakın artması ilə bağlı olmadığını vurğulayıb. Hindistanın neft emalı zavodları nefti böyük endirimlə alır, emal edir və Avropa, Afrika və Asiyaya ixrac edir.

Navarro vurğulayıb ki, Hindistan Rusiya neftini ABŞ-la ticarətdən aldığı dollara alır. Eyni zamanda, Yeni Dehli dünyada ən yüksək tariflərdən bəzilərini tətbiq edib və bu, ABŞ-ın Hindistanla ticarət kəsirinin təxminən 50 milyard dollara qədər artmasına səbəb olub.

Müşavirin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası strateji və geosiyasi səhvlərə əhəmiyyət verməyib, Tramp isə onlara qarşı çıxır. Belə ki, avqustun 6-da respublikaçı Hindistandan idxal edilən mallara 25% əlavə rüsum tətbiq edən sərəncam imzalayıb və bu, ümumi tarifi 50%-ə çatdırıb. Navarronun sözlərinə görə, bu, milli təhlükəsizlik maraqları naminə edilib.

Samir
 

Seçilən
26
50
hit.az

10Mənbələr