İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin cüdoçusu Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb.
48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.
İdman.biz