AZ

Sumqayıtda yenilərin günü

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Sumqayıt” Azərbaycan Premyer Liqasına qələbə ilə başlayıb. Saşa İliçin rəhbərlik etdiyi kollektiv birinci turda “Kəpəz”i ilk hissədə vurduğu qollarla məğlub etməyi bacarıb – 3:0.

Serbiyalı İliçin çempionatda debütü uğurlu alındı. “Kəpəz”lə oyuna daha çox hücumyönümlü oyunçuların yer aldığı “11-lik”lə çıxan mütəxəssis istədiyini ala bildi. Xüsusilə, həmyerlisi Aleksa Yankoviçin aktiv oyunu və məhsuldarlığı komandanın qollarında həlledici rol oynadı.

“Kəpəz” isə məzmunsuz oyunla yadda qaldı. “Sumqayıt”a rahatlıqla epizod verən, demək olar, hər uzun topu buraxan müdafiəçilər komanda adına ciddi siqnallar verdi. Gəncə təmsilçisinin hər mövsüm olduğu kimi uğursuz startı davam etdi.

“Sumqayıt” inamlı qələbə qazanmasına baxmayaraq, müdafiədə problemlər hiss olundu. Oyunçular arasında anlaşılmazlıq var. “Kəpəz” oyunçuları boşluqları dəyərləndirə bilmədi, gəncəlilər hücumda daha aktivlik göstərə bilsə, “Sumqayıt”a qol vurmaq çətin olmayacaqdı.

İliç xüsusilə müdafiə haqda düşünməli, çatışmazlıqları aradan qaldırmalıdır. Əks halda, daha ortabab klublarla duellərdə belə asan oyun olmayacaq. Hər bir halda, “Sumqayıt” mövsümə yaxşı start verdi. Qələbə komandada özünəinamı artıracaq, növbəti oyunöncəsi atmosferə daha pozitivlik qatacaq.

Yeni transferlər Rüstəm Əhmədzadə, Aleksa Yankoviç, Aleksandr Ramalinqomun fərqlənməsi “kimyaçılar” üçün daha bir müsbət məqamdır. Eyni zamanda cinah oyunçusu Abdul Raşid Mumininin aktivliyi müsbət rəylər qazandı. İlk qol məhz onun cinahdan ötürməsi yekununda vuruldu. “Sumqayıt”ın transferləri ilk oyunda müsbət siqnallar verdi.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
8
futbolpress.az

10Mənbələr