AZ

Kəramətdən Rəqsanənin həbsinə REAKSİYA

Xəbər verdiyimiz kimi müğənni Rəqsanə İsmayılova hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Belə ki o, Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Rəqsanə buna görə həbs olunub - İş adamını azadlığa buraxdıracaqmış - TƏFƏRRÜAT


Qeyd edək ki, bir müddət əvvəl müğənni Dəniz Əsaədova da həbs edilib.O da bəzi insanlara saxta yolla pensiya düzəldəcəyini deyib. Əvəzində insanların etibarından istifadə edərək xeyli vətəndaşa maddi ziyan vurub.

Maraqlıdır ki, hər iki ifaçıya bəzi insanlar inanıb. Elə hesab edirlər ki, onlar istədikləri məsələni həll edə bilərlər.

Bəs şou-əhlinə bu cür “inam” haradan qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yazıçı Kəramət Böyükçöl deyib ki, son zamanlardakı yanlış yanaşmalar belə bir vəziyyət yaradıb:

“Bu gün telekanalların çoxu ciddi müzakirələrdən qaçır. Nəticədə meydan şou əhlinə qalır. Cəmiyyətdə də bəzi insanlar şou əhlini bir güc olaraq qəbul edir, hətta onlardan kömək, imdad diləyirlər. Nə qədər ki, telekanallar bu cür adamlara limitsiz meydan və imkan verəcək, o qədər də insanlar bu cür “maşennik”lərin əlində alət olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
13
33
bizim.media

10Mənbələr