AZ

Rusiyada əcnəbilərin bu işlərdə işləməsi qadağan edilə bilər

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Rusiya Əmək Nazirliyi 2026-cı ildən əcnəbi işçilərə yeni məhdudiyyətlər tətbiq etməyi təklif edir.

Yeniavaz.com “İnterfaks”a istinadən xəbər verir ki, Əmək Nazirliyi 2026-cı ildə ölkənin əmək bazarında əcnəbi işçilərin payını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutan yeni qərar layihəsi hazırlayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, sənəd ictimai müzakirəyə çıxarılıb və regionlardan, eləcə də sənaye qurumlarından daxil olan təkliflər nəzərə alınmaqla hazırlanıb.

Yeni qaydalara əsasən, doqquz iqtisadi fəaliyyət növündə əcnəbi işçilərin payı azaldılacaq. Bəzi sahələrdə isə onların fəaliyyəti tam qadağan olunacaq. Məsələn, alkoqollu içkilər və tütün məmulatlarının pərakəndə ticarətində əcnəbilərin payı 15 faizdən sıfıra endiriləcək.

Əmək Nazirliyi tikinti sektorunda da ciddi məhdudiyyətlər nəzərdə tutur. Əgər 2025-ci ildə bu sahədə əcnəbilərin payı maksimum 80 faiz ola bilirdisə, 2026-cı ildən bu göstərici 50 faizlə məhdudlaşdırılacaq. Tərəvəzçilik, ağac xammalının topdansatışı və emalı kimi sahələrdə isə limit 40 faizdən çox olmayacaq.

Məhdudiyyətlər xidmət sektorunu da əhatə edəcək. Belə ki, ictimai iaşə obyektlərində iş yerlərinin ən azı yarısı yalnız Rusiya vətəndaşlarına ayrılacaq.

Əlavə olaraq, apteklərdə, bazarlarda, köşklərdə və qeyri-stasionar pərakəndə satış obyektlərində əcnəbi işçilərin çalışmasına qoyulan tam qadağa 2026-cı ildə də qüvvədə qalacaq.

Qərar layihəsi regionlara görə də fərqli yanaşmanı nəzərdə tutur. Belə ki, 29 regionda xüsusi məhdudiyyətlər tətbiq ediləcək, onlardan 14-də əlavə sərtləşdirmə nəzərdə tutulur. Məsələn, Amur vilayətində miqrantların qida istehsalı, maşın təmiri və baytarlıq fəaliyyəti sahəsində işə cəlb olunması tamamilə qadağan ediləcək. Ulyanovsk vilayətində isə ictimai nəqliyyatda – avtobus, trolleybus və tramvay daşımalarında əcnəbilərin işləməsinə limit qoyulacaq.

Nazirlik bildirir ki, bu məhdudiyyətlər “Rusiyada xarici vətəndaşların hüquqi statusu haqqında” federal qanuna uyğun olaraq qəbul olunur və məqsəd əmək bazarında Rusiya vətəndaşlarının prioritet məşğulluğunu təmin etməkdir.

Xatırladaq ki, daha əvvəl Əmək Nazirliyi rus dilini bilməyən və viza rejimi ilə daxil olan ölkələrin vətəndaşlarının sosial ünsiyyət tələb edən peşələrdə işləməsinə məhdudiyyət gətirən ayrıca sənəd də hazırlamışdı.Murad Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
34
yeniavaz.com

10Mənbələr