AZ

Zelenski oyunun mahiyyətini başa düşür



Alyaska görüşünə Putin ABŞ sanksiyalarından qaçmaq üçün getmişdi. Verdiyi yalançı vədlərlə sülhə razı olduğu görüntüsü yaratmaqla özünü konstruktiv göstərərək hələlik zərbə altından çıxardı. Putin hesab edir ki, onun şərtləri ilə Zelenski və Avropa razılaşmayacaq və sülh istəməyən tərəf onlar olacaq. Amma hesab edirəm ki, Zelenski oyunun mahiyyətini başa düşür.
Trampla görüşdən sonra böyük ehtimalla Zelenski Putinlə birgə üçtərəfli görüşə razı olacaq və şərtlərlə razı olduğunu bildirəcək. Amma bu dəfə Putin ya əvvəl, ya da görüşdən sonra danışıqlardan imtina edəcək. Onda Putinin əsl üzü ortaya çıxacaq. Məsələ ondadır ki, Putinə sülh lazım deyil. Onun planında yarımçıq sülh yoxdur.
Avropa isə hələlik Zelenskini dəstəkləyəcək. Tramp yenə də Putinin əlinə oynamağa davam edəcək. Nəticə etibarilə sonda Tramp da əsl üzünü açmağa məcbur olacaq. Çünki bu günə kimi Tramp konstruktivlik adı altında Putinin yanında kimi görünürdü. Sonda o da Putinlə əlaqəni kəsəcək. Nəticədə Rusiya-Ukrayna müharibəsi yeni alovla qızışacaq. Amma bu müharibənin qazananı olmayacaq.

Azər Qasımov
Seçilən
34
50
newscenter.az

10Mənbələr