Rabitəbank filial şəbəkəsini genişləndirməkdə davam edir.
Marja.az Banka istinadən xəbər verir ki, Rabitəbankın Bərdə şəhərində yeni filialı fəaliyyətə başlayıb.
"Bankın ölkə üzrə sayca 29-cu filialı Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşir. Bərdə filialında əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur", -məlumatda deyilir.
Açılış mərasimində bank rəsmiləri, Bərdə rayon İcra hakimiyyətinin nümayəndələri də iştirak etmişdir. Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib: ”Rabitəbank olaraq məqsədimiz, ölkəmizin hər bölgəsində müştərilərə rahat, sürətli və yüksək keyfiyyətli bank xidmətləri təqdim etməkdir. Bu gün Bərdə şəhərində yeni filialımızın fəaliyyətə başlaması bu istiqamətdə atılan növbəti addımdır. Eyni zamanda, Rabitəbank üçün bölgələrdə sahibkarların və kənd təsərrüfatı sektorununinkişafını maliyyə dəstəyi ilə təmin etmək strateji prioritetimizdir. Biz inanırıq ki, hər bir investisiya və dəstək, yerli iqtisadiyyatın güclənməsinə və insanların rifahının yüksəlməsinə töhfə verəcək.”