2025-ci il sentyabrın 1-dən etibarən Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları üçün yeni əmək məhdudiyyətləri qüvvəyə minəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “ura.ru” nəşri məlumat yayıb.
Məlumata görə, həmin ölkələrin vətəndaşlarına topdansatış və pərakəndə ticarətlə məşğul olmaq, eləcə də nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmirini həyata keçirmək qadağan ediləcək.
Qaydalar əsasən patentlə çalışan miqrantlara şamil olunacaq.
Qeyd edək ki, son beş il ərzində Yamalda miqrant işçilərin sayı azalıb. Bu kateqoriyadan olan şəxslər üçün ilk dəfə deyil ki, məhdudiyyətlər tətbiq olunur.
Bizim.Media