AZ

Metal filizlərinin hasilatı kəskin artıb

 

Bu ilin yanvar-iyul aylarında 1 862,7 kq qızıl hasil olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən  məlumata görə, gümüş hasilatı 32,9 faiz artaraq 2 533,5 kq-a çatıb.

Rekord artım mis konsentratının hasilatı üzrə qeydə alınıb. İlin 7 ayında 1 693,4 ton mis konsentratı hasil olunub və bu, illik ifadədə 15,1 dəfə çoxdur.

1 avqust 2025-ci ilə ölkədə formalaşan hazır məhsul ehtiyatı 167,5 kq qızıl, 577,3 kq gümüş və 255,3 ton mis konsentratından ibarət olub.

Seçilən
25
37
operativmedia.az

10Mənbələr