"Qalatasaray"ın futbolçusu Derrik Kön yenidən Almaniyaya qayıdır.
Offsideplus.az xəbər verir ki, "Yunion Berlin" onun keçidi üçün "sarı-qırmızılar"la razılığa gəlib. Klublar 25 yaşlı sol cinah müdafiəçisi üçün 5 milyon avro və növbəti satışdan 20 faiz qarşılığında razılaşıblar.
Bu barədə "Sky Sport DE" məlumat yayıb.