AZ

Azər Məmmədovun "Kəpəz"də vəzifəsi nə olacaq? - Özü açıqladı

Təcrübəli mütəxəssis Azər Məmmədovun "Kəpəz"ə təyinatı yubanır. 

Bu barədə Fanat.Az-a danışan məşqçi Gəncə klubunun akademiyasına dəvət alması barədə bunları deyib: 

"Keçən dəfə bu barədə sizə hələ rəsmi təklif almadığımı demişdim. Sadəcə, kluba yaxın şəxslərdən, Gəncə futbol ictimaiyyətinin nümayəndələrindən eşitmişdim ki, akademiyaya rəhbərlik etmək baxımından adım namizəddir. Sonra həqiqətən də rəsmi təklif aldım. Klub rəhbərliyi ilə görüşümüz oldu. Belə başa düşdüm ki, akademiyanın rəhbərliyini tapşırmaq istəyirlər. Düzdür, bu günlərdə Cabir İbrahimovu o postdan uzaqlaşdırmaqla yanaşı, direktor ştatını da ləğv etdilər. Mənim vəzifəm texniki direktor səlahiyyətinə uyğun gəlir. Bütün nəzarət məndə olacaq. Amma hələ də gözləyirəm, rəsmi qərar yoxdur".

Qeyd edək ki, Azər Məmmədovun son iş yeri Premyer Liqada debütantı "Karvan-Yevlax" olsa da, Azər Məmmədov məşqçilər korpusundan rəsmi debüt etmədən, çempionatın startına bir ay qalmış ayrıldı. Onun məhz "Kəpəz"ə qayıtmaq üçün bu addımı atdığı ehtimal olunur.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr