Neftçi”nin yeni transferi Vargas debütü ilə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, venesuelalı oyunçu Misli Premyer Liqasının 1-ci turunun “Şamaxı”ya qarşı(1:1) keçirilən görüşündən fotosunu paylaşaraq, bu cür yazıb:
“Məqsədimiz sadədir. Bu da, dünəndən yaxşı olmaqdır".
Əlavə edək ki, Paytaxt təmsilçisi 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb. 26 yaşlı futbolçu 2025/26 mövsümündə “ağ-qaralar”ın formasını geyinəcək. Varqas Venesuela millisində 3 oyuna çıxıb.
O, karyerası ərzində "Deportivo Lara", "Dallas", "Nort Texas", "Metropolitanos", "Makkabi Bney Reyneh" klublarında oynayıb.
saytlarin hazirlanmasi