AZ

Fond 192 milyon manat problemli kreditlər silib

Qlobal reytinq agnrliyi "S&P Global Ratings" Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun emitent üzrə uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə qaldırıb. Proqnoz "sabit"dir.

Marja xəbər verir ki, bu barədə  “S&P Global Ratings” məlumat yayıb. 

S&P, Azərbaycan Sahibkarlığın İnkişafı Fondu üzrə qısamüddətli “B” reytinqini də təsdiqləyib.

Agentliyin məlumatına əsasən, 2025-ci ilin ortalarına Sahibkarlığın İnkişafı Fondunun aktivləri 1,05 milyard manat (təxminən 615 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Şirkətinin aktivləri isə 374 milyon manat (təxminən 220 milyon ABŞ dolları) təşkil edib. Hər iki qurum sahibkarlığın dəstəklənməsi və Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə yönəlib.

Beləliklə, Sahibkarlığın İnkişafı Fondu dövlətin güzəştli kreditlərini banklar vasitəsilə təqdim edir, Sahibkarlığın İnkişafı Fondu isə qeyri-xammal sahələrində ixrac və idxalı əvəzləyən istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin azlıq paylarına investisiya yatırır.

Qeyd edilib ki, ötən ilin sonunda Sahibkarlığın İnkişafı Fondunun balansından 192 milyon manat (təxminən 112,9 milyon ABŞ dolları) tam ehtiyatlaşdırılmış problemli kreditlər (Stage 3) silinib. Bu kreditlər 2016–2020-ci illərdə lisenziyası ləğv olunan maliyyə institutlarına aid idi. 2025-ci ilin ortalarına problemli kreditlərin həcmi 9,7 milyon manata (təxminən 5,7 milyon ABŞ dolları) qədər azalıb ki, bu da ümumi portfelin 1,4 faizini təşkil edir. Halbuki bu göstərici 2023-cü ilin sonunda 24 faiz idi. Bu, Azərbaycanın bank sektorundakı hazırkı problemli kreditlər səviyyəsindən (5–6 faiz) xeyli yaxşı nəticədir.

Bildirilib ki, Sahibkarlığın İnkişafı Fondunun son beş ildə verdiyi kreditlər nisbətən yüksək keyfiyyət nümayiş etdirib və geri qaytarılmayanların sayı məhdud olub. 2024-cü ilin sonunda ehtiyatlar ümumi portfelin 3 faizini təşkil edib və problemli kreditləri iki dəfə örtüb. Azərbaycan İnvestisiya Şirkətinin yerli şirkətlərdə pay alması üzrə ənənəvi fəaliyyəti Sahibkarlığın İnkişafı Fondunun kiçik və orta sahibkarlara banklar vasitəsilə təqdim etdiyi kredit portfeli ilə müqayisədə daha yüksək risk daşıyır. Buna baxmayaraq, gözlənilir ki, birləşmiş strukturun kapitallaşması (Riskə uyğunlaşdırılmış kapital göstəricisinə görə) çox yüksək səviyyədə qalacaq və bu da reytinqin artırılmasına səbəb olub.

S&P agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun 2025-ci ilə dair konsolidə olunmuş audit hesabatının (Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə) 2026-cı ilin iyununda dərc ediləcəyini proqnozlaşdırır. Agentliyin proqnozu sabit olaraq qalır və gözlənilir ki, ASİF çox yüksək kapitallaşmanı və məhdud risk qəbulunu qoruyub saxlayacaq.

XXX

Research Update: Azerbaijan Business Development Fund (EDF Merged With AIC) Upgraded To 'BB' On Loan Portfolio Cleanup; Outlook Stable

 S&P Global Ratings raised its long-term issuer credit rating on Azerbaijan Business Development Fund (ABDF) to 'BB' from 'BB-'. The outlook is stable. We also affirmed our 'B' short-term rating on ABDF.

Rationale

ABDF was established through the legal merger of EDF and AIC under the Ministry of Economy on Jan. 1, 2025. The two entities are currently undergoing operational integration. The formation of the management board for the combined entity is expected to be finalized by year-end 2025.

At mid-year 2025, EDF’s assets amounted to Azerbaijani new manat (AZN) 1.05 billion (about $615 million), while AIC’s assets totaled AZN374 million (about $220 million). Both entities support entrepreneurship and economic diversification in Azerbaijan: EDF channels government financing at subsidized rates to entrepreneurs through banks, and AIC takes minority stakes in companies that produce export-oriented and import-substitution products in non-oil-and-gas-related industries.

In late 2024 EDF wrote off AZN192 million in fully provisioned Stage 3 loans to financial institutions that had their licenses withdrawn between 2016-2020. Thus, by mid-year 2025 its Stage 3 loans declined to AZN9.7 million, accounting for 1.4% of total loans, from 24% at year-end 2023. This compares favorably to our current estimate of Stage 3 loans making up 5%-6% in the Azerbaijan banking sector. Loans disbursed by EDF over the past five years have demonstrated relatively sound credit quality, with a limited number of nonperforming loans. Provisions were 3% of total loans at year-end 2024 and covered Stage 3 loans by 2x.

We note that AIC’s legacy primary activity of taking equity stakes in local businesses has an inherently higher risk profile than EDF’s portfolio of loans to local banks for on-lending to small and midsize enterprises. That said, we expect the combined entity’s capitalization (as measured by our RAC ratio) to remain very strong and supportive of the upgrade. We expect ABDF to publish consolidated audited IFRS financials for 2025 in June 2026.

Outlook

The stable outlook reflects our expectation that over the next 12 months both entities will progress with their operational integration, and ABDF will maintain its very strong capitalization and contained risk appetite.

Downside scenario

We could consider lowering ABDF’s rating if the operational integration of both entities encounters difficulties and/or the fund increases its risk profile post-merger and accumulates material debt.

Upside scenario

We consider an upgrade over the next 12 months unlikely. Over the longer term, an upgrade would depend on ABDF demonstrating a consistent record of increasing relevance and importance in its public policy role, as well as a higher sovereign rating on Azerbaijan.

Seçilən
4
48
marja.az

10Mənbələr