AZ

Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

Bakı.Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və AzərbaycanRespublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Yaradıcı Həftə2025 çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı6–12 oktyabr tarixlərində baş tutacaq.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığıilə təşkil olunan festival dünyanın müxtəlif ölkələrindən kinoistehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir arayagətirəcək. Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaqqəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kinosənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. “BakuCinema Breeze” festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlaraçacaq.

Məlumata görə, festivalın əsas məqsədi Azərbaycanın regiondamədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqlarınqurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.

“Baku Cinema Breeze” çərçivəsində:
* Şərq Ölkələrinin Film Marketi,
* II “ATA” Türk Dünyası Animasiya Festivalı,
* İslam Ölkələrinin Kino Günləri,
* “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.

Qeyd edilib ki, opayızda keçiriləcək bu festival ölkəmizinmədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütünsənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.

Əlavə məlumat üçün: www.bakucinemabreeze.az

Seçilən
8
3
az.trend.az

10Mənbələr