Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Tramp belə deyib: "Amma mən burada olduğum müddətdə belə bir şeyin olacağını düşünmürəm".
Daha sonra o, söhbətin ən sensasiyalı hissəsini açıqlayıb. Si Cinpin deyib ki, Tramp prezident olduğu müddətdə Tayvana qarşı hərbi əməliyyat keçirməyəcək. Lakin o, xəbərdarlıq edib: "Mən səbirliyəm, Çin də səbirlidir".
Məlumdur ki, Çin Tayvanı öz torpağı hesab edir və onu, nəhayət, demokratik normalara riayət olunan, çoxpartiyalı sistem əsasında qanuni seçki keçirən adanı özünə, totalitarizm yuvası olan ÇXR-ə birləşdirməyi hədəfləyib. Taypey isə Çinin Tayvan üzərində suverenliyinə dair iddiaları qətiyyətlə rədd edir.
Çinin ABŞ-dakı səfirliyi Amerika liderinin müsahibəsini xatırlatmadan Tayvan məsələsi ilə bağlı standart bəyanat yayıb. Bəyanatda deyilir: "ABŞ hökuməti bir Çin prinsipinə riayət etməli, üç ABŞ-Çin kommünikesini yerinə yetirməli, Tayvan məsələsini ağıllı şəkildə idarə etməli və Tayvan boğazında sülhü qorumalıdır".
Başqa sözlə, ABŞ-yə necə davranmaq lazım olduğu deyilib. Çin mediası hələ ki Trampın çıxışı ilə bağlı heç bir şərh dərc etməyib. (Musavat.com)