AZ

Turanbankın kredit portfeli 700 milyon manata çatıb

Bu ilin II rübünün sonuna olan nəticələrə görə Turanbankın müştərilərə verilmiş kreditlər üzrə portfeli 695,8 milyon manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,0 milyon manat və ya 6,7% artım deməkdir.

Müştərilərə verilmiş kreditlərin tərkibinə nəzər salsaq, istehlak kreditlərinin həcmi 191,8 milyon manat, biznes kreditlərinin həcmi 369,7 milyon manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 134,3 milyon manat təşkil edib.

Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 35,5 milyon manat (18,5%), biznes kreditləri 3,6 milyon manat (1,0%) artıb, daşınmaz əmlak kreditləri isə 4,8 milyon manat (3,7%) artıb. 

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 39,1 milyon manat təşkil edib.

Nəticədə müştərilərə verilmiş kreditlər (xalis) 656,7 milyon manat olub.

Xatırladaq ki, ötən ilin sonunda bank tərəfindən müştərilərə verilmiş kreditlər 651,8 milyon manat, o cümlədən istehlak kreditləri 156,3 milyon manat, biznes kreditləri 366,1 milyon manat, daşınmaz əmlak kreditləri isə 129,5 milyon manat təşkil etmişdi.

Seçilən
18
50
fed.az

10Mənbələr