AZ

Yaponiya son illərdə ciddi çətinliklərlə üzləşir

Yaponiya uzun illər sürətli iqtisadi artım tempi ilə yüksək rifah səviyyəsini qorusa da, son illərdə ciddi çətinliklərlə üzləşir.

NOCOMMENT.az “En Son Haber”ə istinadən xəbər verir ki, “Moodys Analytics”in hesabatına görə, ilin ikinci yarısında ölkə iqtisadiyyatı mənfi ticarət şərtləri və zəif daxili tələbat səbəbilə daha da gərginləşəcək.

İkinci rüb üzrə ÜDM göstəricilərində mümkün müsbət korrektəyə baxmayaraq, istehsalat və istehlak xərclərindəki əsas problemlərin davam edəcəyi proqnozlaşdırılır.

İqtisadçı Deyv Çia bildirib ki, ikinci rübdə müşahidə edilə biləcək müvəqqəti yüksəliş, Yaponiyanın qarşılaşdığı gömrük rüsumları və xarici rəqabət kimi problemləri gizlətmir. AOnun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi yeni gömrük vergiləri, xüsusilə də 15 faiz tarif, ilin ikinci yarısında ixrac və sənaye istehsalına mənfi təsir göstərəcək və ÜDM-dən ən azı 0,5 bənd azalda bilər.

Daxili tələbatda da ciddi canlanma gözlənilmir. İnflyasiyanın əməkhaqqı artımlarını üstələməsi və hökumətin iri layihələrdə gecikmələri şirkətlərin investisiya imkanlarını məhdudlaşdırır.

Mütəxəssislərin fikrincə, mövcud iqtisadi şərait Yaponiya Mərkəzi Bankını (BoJ) 2025-ci ilə qədər indiki siyasətini davam etdirməyə məcbur edəcək.

Seçilən
0
2
nocomment.az

10Mənbələr