AZ

Azad edilmiş ərazilərdə daha 183 mina, 673 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (11.08.2025 – 17.08.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində153 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 673 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1.362,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
35
39
anspress.com

10Mənbələr