AZ

Rusiya, ABŞ və Ukrayna liderlərinin Türkiyədə görüş keçirməsi sülh yolunda effektiv nəticə verə bilər

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

"Rusiya, ABŞ və Ukrayna liderlərinin Türkiyədə görüşünün keçirilməsi ilə bağlı qərar münaqişənin sülh yolu ilə həllində irəliləyişdən və tərəflərin danışıqlara hazır olmasından asılı olacaq". Bu fikri Türkiyənin diplomatik dairələrindəki mənbə bildirib. Türkiyə prezidenti Rəcəb Ərdoğan daha əvvəl belə bir sammitin təşkilinə ümid etdiyini bildirib. Münaqişə tərəfləri arasında müəyyən razılaşmaların əldə olunması və danışıqlarda iştiraka razılıq verilməsi əsas şərt olaraq qalır. Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın avqustun 22-də üçtərəfli görüş keçirməyi planlaşdırdığı barədə məlumatlar yayılıb. “Axios” portalının məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu ehtimalı ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə müzakirə edib. Lakin yekun qərar hələ verilməyib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ən uyğun hərəkət yolu Rusiya, ABŞ və Ukrayna liderlərinin Türkiyədə bir araya gələrək həll yolu axtarmaq olardı.

Kərəm Qarabulud

“Türkiyə Rusiya-Ukrayna müharibəsində bitərəf qalıb, balans siyasəti yürüdür. Bundan əlavə, regionun ən güclü dövlətlərindən biridir. Türkiyə həm də Rusiya və Azərbaycan enerjisinin Avropaya nəqli üçün ən strateji mövqedədir. Son illərdə Türkiyə regionun bütün ölkələri ilə sülhsevər siyasət yürüdür. İslam dünyasının ən demokratik hökuməti ilə Qərb dövlətləri ilə yaxşı və bərabərhüquqlu münasibətlər qurmağa qadir bir ölkədir. Türkiyə ABŞ-ın müttəfiqi hesab edilən ölkədir”-deyən Kərəm Qarabulud qeyd edib ki, bu kimi bir çox səbəbə görə Türkiyənin sülh yolunda düşünülməsinin və bütün ölkələrin Türkiyədən dəstək istəməsinin məqsədəuyğun olacağına inanır.

Kərəm Qarabuludun fikrincə, görüşün Türkiyədə keçirilməsi təkcə Rusiya-Ukrayna müharibəsinin sona çatmasına kömək etməyəcək, həm də bütün regional problemlərin həllini asanlaşdıracaq, müsbət sosial-iqtisadi inkişafa gətirib çıxaracaq.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
4
icma.az

10Mənbələr