Pakistanda musson yağışları səbəbindən 650 nəfər həlak olub, 900-dən çox insan xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan mediası ölkənin Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
Ən çox itki Xayber-Paxtunxva əyalətində qeydə alınıb - 392 ölü və 245 yaralı.
30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Bundan başqa, təxminən 2,5 min bina zədələnib, heyvandarlıq və kənd təsərrüfatına ciddi ziyan dəyib.