"Fikir Coworking" filiallarının sayını artırır.
Marja.az xəbər verir ki, "Fikir Coworking"in 3-cü filialı Bakı Ağ Şəhərdə (2-ci Yaşıl Ada küçəsi) fəaliyyətə başlayıb.
Ağ Şəhər filialında 70 nəfərlik tədbir zalı, 2 təlim otağı, 6 nəfərlik qapalı ofis, 12 nəfərlik qapalı ofis mövcuddur. Burada pulsuz kofe, çay da təqdim olunur.
Ağ Şəhər filialında iş masalsının qiymətlər 1 nəfər üçün 8 AZN / saat, 30 AZN / gün, 300 AZN / aydır. 2 nəfər üçün qiymət isə 500 AZN / aydır.
Qiymətlər kiçik ofis (6 nəfərlik) üçün 1500 AZN / ay, böyük ofis (12 nəfərlik) üçün 3000 AZN / ay təşkil edir.
"Fikir Coworking"in "Elmlər" və "28 May" filialları da fəaliyyət göstərir. Tezliklə 4-cü filialın istifadəyə verilməsi nəzərdə tutulur.
"Fikir Coworking" kovörkinq mərkəzləri şəbəkəsidir. Şirkətin məqsədi startaplar, sahibkarlar və yaradıcılıqla məşğul olan şəxslərə peşəkar və məhsuldar bir iş mühiti təmin etməkdir. "Fikir Coworking" ofisləri müasir və geniş iş məkanları, 24 saat fasiləsiz iş rejimi, yüksək sürətli internet bağlantısı, innovativ iş şəraiti və əlverişli lokasiya imkanları ilə fərqlənir.