AZ

Fələstin tezliklə Qəzza ilə bağlı bu qərarı elan edəcək

Fələstin hökuməti tezliklə Qəzza zolağının idarə olunması üçün müvəqqəti komitənin yaradılmasını elan edəcək.

Publika.az xəbər verir ki, bunu Fələstinin baş naziri Məhəmməd Mustafa Rəfah keçid məntəqəsi yaxınlığında keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Biz tezliklə Qəzzanı idarə etmək üçün müvəqqəti komitənin yaradılmasını elan edəcəyik”, - Mustafa qeyd edib.

O əlavə edib ki, komitə Fələstin Milli Administrasiyasının nəzarəti altında olacaq.

Seçilən
27
9
publika.az

10Mənbələr