AZ

Avropa liderləri Trampı Rusiyaya qarşı sanksiyalara inandırmağa çalışacaq

Avropa liderləri Trampı Rusiyaya qarşı sanksiyalara inandırmağa çalışacaq

Ağ Evdə keçiriləcək görüşdə Avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməyə inandırmağa çalışacaqlar.

AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbəyə istinadən məlumat yayıb.

Qəzetin mənbəsinin sözlərinə görə, avropalılar yenidən atəşkəs tələbini sülh danışıqlarına başlamaq üçün şərt kimi aktuallaşdırmaq, məhdudiyyətlər hədəsindən Moskvanı razı salmaq üçün rıçaq kimi istifadə etmək istəyirlər. “Biz atəşkəs məsələsini yenidən müzakirəyə çıxarmalıyıq”, - qəzetin mənbəsi bildirib. Onun sözlərinə görə, bunun üçün “amerikalıların yenidən sanksiya tətbiqi hədəsinə əl atmasını təmin etməyə çalışmaq” ən yaxşı yoldur.

“The Daily Telegraph” qeyd edir ki, avropalıların belə bir tələbi ABŞ administrasiyasının hazırkı mövqeyinə ziddir. Nümunə kimi onlar ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Marko Rubionun sözlərini gətirirlər. O, NBC telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ABŞ-ın hazırda Ukrayna böhranının danışıqlar yolu ilə həllini qeyri-mümkün hesab etməsi anlamına gələcək.

Seçilən
13
50
afn.az

10Mənbələr