AZ

Azərbaycan xaricdən hibrid avtomobillərinin idxalını 3 dəfəyədək artırıb

Bu ilin ilk 7 ayında Azərbaycana 601,2 milyon dollar dəyərində 29 min 958 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalında partlayış yaşanıb. Belə ki, idxal olunan hibridlərin sayı 18 min 682 ədəd və ya 165,7% (təxminən 2,7 dəfə), ümumi dəyəri isə 275 milyon dollar və ya 84,3% artıb.

Əvvəlki ildə Azərbaycana 326,2 milyon dollar dəyərində 11 min 276 ədəd hibrid avtomobil gətirilmişdi.

Maraqlıdır ki, idxal həcminin kəskin artmasına baxmayaraq, 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti ucuzlaşıb. Bu il orta qiymət 20 min 69 dollar (34 min 117 manat) olub ki, bu da ötən ilki qiymətlə (28 min 931 dollar və ya 49 min 183 manat) müqayisədə 8 min 862 dollar və ya 30,6% azalma deməkdir.

Seçilən
3
15
fed.az

10Mənbələr