Klublararası dünya çempionatının formatı dəyişdirilə bilər.
Offsideplus.az xəbər verir ki, FIFA bu barədə ciddi şəkildə düşünür.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Qurum 2029-cu ildən etibarən turniri 2 ildən bir keçirmək istəyir. Eyni zamanda komanda sayının 32-dən 48-ə artırılmağı planlaşdırılır.
Bundan başqa bir ölkədən 2-dən çox komanda olmamalıdır şərti də dəyişdiriləcək.
Qeyd edək ki, bu il yeni formatda keçirilən ilk klublararası dünya çempionatını "Çelsi" qazanıb. Onlar finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edib.