AZ

Ayda astronavtları gözləyən təhlükə – Bir saat davam edən zəlzələ


NASA yaxın illərdə həyata keçirəcəyi “Artemida III” missiyası çərçivəsində ilk dəfə olaraq Ayın cənub qütb bölgəsinə astronavt göndərməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu səbəbdən alimlər peykin səthində baş verən ay zəlzələlərinin tezliyi və gücü ilə bağlı yeni tədqiqatlara başlayıblar.
Mütəxəssislərin sözlərinə görə, Ayın daxili soyuduqca qabıqda çatlar yaranır və bu çatlar qəfil hərəkətlərlə titrəmələrə səbəb olur. Bu proses Ayın tədricən kiçildiyini göstərir.
Ay zəlzələləri Yer zəlzələləri qədər güclü olmasa da (ən güclüləri 5 bala çatır), fərqli xüsusiyyətlərə malikdir. Yerdə zəlzələlər bir neçə saniyə və ya dəqiqə çəkir, lakin Ayda titrəyişlər bəzən bir saata qədər davam edə bilir.
Alimlər bildirirlər ki, Ayda zəlzələlərin əsas səbəbləri bunlardır:
- Daxili gərginliklər –  Soyuyan Ay qabığı büzüşür və çatlayır.
- Yer və Günəşin cazibə qüvvəsi – Bu qüvvələr Ay səthində əlavə gərginlik yaradır.
- Meteorit toqquşmaları – Atmosfer olmadığı üçün meteoritlər birbaşa Ay səthinə çırpılır və sarsıntı yaradır.


Qeyd olunur ki, NASA-nın “Apollon” missiyaları (1969–1977) zamanı Ay səthinə quraşdırılan seysmometrlər yüzlərlə belə hadisəni qeydə alıb.
Ayda titrəyişlərin bir saata qədər davam etməsinin səbəbi isə odur ki, orada atmosfer yoxdur, yəni dalğaları zəiflədən hava təbəqəsi yoxdur. Eyni zamanda su olamdığı üçün sarsıntılar udulmur. Ayın daxili qayalıq qatları çox bərkdir, buna görə də titrəyişlər “dəmirə vurulmuş səs” kimi uzun müddət əks-səda verir.
Bu səbəbdən qısa müddətli missiyalar üçün ciddi təhlükə olmasa da, uzunmüddətli baza və avadanlıqlar üçün zərər riski böyükdür. NASA qeyd edir ki, belə titrəyişlər binalara ziyan vura, əməliyyatları poza və buraxılış meydançalarına təhlükə yarada bilər.
Smitsonian Muzeyinin alimi Tomas Uoters və Merilend Universitetinin seysmoloqu Nikolas Şmer Ay səthindəki qaya çökmələri və sürüşmələri öyrənərək yeni qiymətləndirmə üsulu hazırlayıblar. Onların araşdırmasına görə, Ayın Toros-Littrow vadisindəki Li-Linkoln yarığı yaxınlığında orta hesabla hər 5,6 milyon ildən bir 3 bal gücündə zəlzələ baş verir. Alimlər bu tip çatların hələ də aktiv ola biləcəyini və yeni zəlzələyə səbəb ola biləcəyini istisna etmirlər.

Murad Məmmədov
Seçilən
4
32
yeniavaz.com

10Mənbələr