AZ

Sevil Nuriyeva həyat yoldaşının qatilinin azadlığa buraxılması haqda: "Lazımi addımlar atılır"

BAKI, 18 avqust. TELEQRAF

Tanınmış jurnalist Sevil Nuriyeva həyat yoldaşı, iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovun Türkiyədə azadlığa buraxılmasına münasibət bildirib.

Sevil Nuriyeva Teleqraf-a açıqlamasında bildirib ki, mərhum həyat yoldaşının qatilinin azadlığa buraxılmasından xəbərdardır.

O qeyd edib ki, məsələ ilə bağlı hüquq müstəvisində addımlar atılıb: "Vəkilimiz lazım olan addımları atır. Hazırda bu məsələ ilə məşğuldur".

Qeyd edək ki, bu haqda ilk xəbəri Gününsəsi.info yayıb. 2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov onkoloji xəstəlikdən əziyyət çəkməsi səbəbilə Türkiyə həbsxanasından azadlığa çıxıb. Amma o, azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. O, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.

Xatırladaq ki, Etimad İsmayılov uzun illər hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş İlyas İsmayılovun oğludur.

Gözəl Dəmirov gəlincə, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.

Seçilən
4
50
teleqraf.com

10Mənbələr