AZ

Honq Konqda əkiz pandaların ad günü qeyd olundu

Honq Konqda əkiz pandaların ad günü qeyd olundu

Honq Konqda doğulan əkiz pandalar Jia Jia və De De-nin 1 yaşları Honq Konqdakı Ocean Parkda təşkil edilən bir tədbirlə qeyd olunub.

Dişi panda Jia Jia və erkək panda De De-nin Çin Mərkəzi Hökuməti tərəfindən Honq Konq Xüsusi İnzibati Rayonuna hədiyyə edilən ikinci panda cütü olan Le Le və Ying Ying cütlüyünün balaları olduğu bildirilib.

Baxıcılar əkiz pandaların adlarının baş hərfləri və “1” rəqəmi olan dondurulmuş bambuk və yerköküdən hazırlanan buzlu ad günü tortu hazırlayıblar. Doğulduqları zaman 122 və 112 qram çəkidə olan pandaların hazırda 30 kiloqram olduqları qeyd edilib.

Ocean Park rəsmiləri Jia Jia və De De üçün iki yeni yaşayış sahəsi açmağı planlaşdırdıqlarını və əkiz pandaların böyümə prosesini əks etdirən sənədli film üzərində işlədiklərini bildiriblər.

Seçilən
11
20
afn.az

10Mənbələr