AZ

Azərbaycanda xarici ticarətdə müsbət saldo 1 612,2 milyon dollar olub

BAKI, 18 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28 milyard 841,8 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ümumi dövriyyənin 52,79 faizi ixracın, 47,21 faizi isə idxalın payına düşüb.

Bu müddətdə ölkədən 15 milyard 227 milyon dollarlıq məhsul ixrac edilib, idxal isə 13 milyard 615 milyon dollar səviyyəsində olub.

Azərbaycanda xarici ticarətdə müsbət saldo 1 milyard 612,2 milyon dollar təşkil edib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 4,1 dəfə azdır.

Seçilən
16
26
teleqraf.com

10Mənbələr