AZ

Bu maşınları 950 manata ala biləcəksiniz - RƏSMİ

  Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Mərkəzi Klinika" MMC, Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, Ali Məhkəmə və Şirvan Apellyasiya Məhkəməsinə məxsus toplam 5 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

 

Referans  xəbər verir ki, nəqliyyat vasitələrinin buraxılış illəri 2003-2022-ci illəri əhatə edir. Hərracda ilkin satış qiymətləri isə 950 manatdan 14 min manata qədər dəyişir.

 

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Hərrac oktyabrın 21-i saat 10:00-da keçiriləcək  

Seçilən
12
21
referans.az

10Mənbələr