AZ

Bu gün müharibəyə son qoymaq üçün görüş keçirilir Zelenski

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Ruslar ABŞ-də mühüm danışıqların keçirildiyi gün Ukrayna şəhərlərinə qəsdən hücum edir".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb. 

Ukrayna liderinin sözlərinə görə, ruslar bu yolla təzyiq göstərməyə, diplomatik səyləri neytrallaşdırmağa çalışırlar: "Onlar bilirlər ki, bu gün Vaşinqtonda müharibəyə son qoymaq üçün görüş keçirilir. Biz prezident Trampla əsas şeylər barədə danışacağıq. Ukrayna ilə birlikdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya, Aİ, NATO liderləri söhbətə qatılacaqlar. Hamı layiqli sülh və real təhlükəsizlik istəyir. Və elə bu dəqiqə ruslar Xarkovda və Zaporojyedə mülki binalarımızı və infrastrukturu vururlar". 

Zelenski qeyd edib ki, bu, ruslar tərəfindən insanların qəsdən öldürülməsidir, xüsusən də Xarkova pilotsuz təyyarənin endirilməsi səbəbindən artıq yeddi nəfərin öldüyü məlumdur, onlardan ən kiçiyi bir yaş yarımlıq qızdır. 

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
50
unikal.az

10Mənbələr