AZ

“Zəngəzur dəhlizi Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsini dəyişəcək” POLİTOLOQ ŞƏRH ETDİ

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Xüsusilə post-münaqişə dövrlərində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpasının sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola biləcəyini nəzərə alsaq deyə bilərik ki, Zəngəzaur dəhlizinin açılması Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsində mühüm rol oynayacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, uzun illər ərzində strateji hədəf kimi müəyyən edilən Zəngəzur dəhlizi ilə bağlı aparılan qəıtiyyətli siyasət nəhayət ki, bu layihənin reallaşması ilə bağlı müvafiq razılşamanın əldə edilməsini təmin etdi: "İlk gündən etibarən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərbəst gediş gəlişin təmin olunmasının vacibliyini diqtə edən rəsmi Bakı bu qərarın qəbuluna nail oldu. Zəngəzur dəhlizi təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətli bir layihədir və məhz elə bu səbəbdəndir ki, 8 Avqust Vaşinqton görüşündə əldə edilən razılaşmadan sonra hər kəs bu dəhlizin bütün Avrasiya regionunun siyasi və iqtisadi xəritəsini dəyişdirəcəyinə dair bəyanatlarla çıxış edir. Bu da təbiidir. Belə ki, dəhliz təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayan bir vasitədir. Bu dəhliz ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.

Dəhlizin əhəmiyyəti ayrı-ayrı regional və beynəlxalq gücləri bu istiqamətdə mübarizəyə cəlb etmişdi. Rusiya belə bir əhəmiyyətli dəhlizə nəzarəti özü həyata keçirməklə yeni təsir və təzyiq imkanları əldə etməyə çalışır, İran bu dəhlizin iqtisadi faydaları ilə yanaşı Türk dünyasının birliyinə yol açacağını bildiyi üçün ümumiyyətlə açılmasının əleyhinə çıxış edirdi. Amma bütün bunlara baxmayaraq Zəngəzur dəhlizi layihəsinin ölkəmizin maraqları nəzərə alınmaqla açılqmasına dair razılıq əldə olundu.

Ümumiyyətlə götürdükdə isə bu layihə Azərbaycan, Ermənistan və Türkiyə ilə yanaşı digər bölgə ölkələrinin yəni dəhlizin əkeyhinə olan Rusiya və İranın da maraqlarına tam cavab verir. Belə ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış imkanı əldə edəcək. Digər tərəfdən isə həm İran, həm də Rusiya bir-birilə dəmir yolu əlaqəsi yarada biləcəklər. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur və İran bu yolun açılması ilə öz müttəfiqi Rusiya ilə də dəmir yoluna sahib olmaq imkanı əldə edəcək. Eyni şəkildə həm Rusiya, həm də İran Naxçıvan dəmir yolları üzərindən Ermənistanla da dəmir yolu əlaqəsi qura biləcəklər ki, bu da kifayət qədər iqtisadi fayda deməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
sesqazeti.az

10Mənbələr