AZ

"Kəpəz" məğlub oldu, Adil Şükürovla azarkeşlər arasında sərt dialoq yaşandı

"Kəpəz" mövsümə uğursuz start verdi.

"Sumqayıt"ın qonağı olan gəncəlilər heç bir müqavimət göstərə bilmədi.

Nəticədə bölgə klubu meydandan 0:3 hesablı yenilgi ilə ayrılmalı oldu.

Qarşılaşmanın final fitindən sonra ara qarışdı.

Futbolçuları yanına çağıran fanatlar onlara sərt təpki göstərdi.

Bu barədə daha əvvəl məlumat vermişdik.

Amma baş məşqçi Adil Şükürov azarkeşlərin çağrışına rəğmən onların yanına getmədi.

Çalışdırıcının bu hərəkəti uzaq yol qət edərək Sumqayıta gələn fanatları daha da qəzəbləndirib.

Belə ki, stadionun ərazisində uzun müddət Şükürovu gözləyiblər.

Nəticədə tərəflər arasında sərt dialoq yaşanıb.

Baş məşqçinin fanatlara "növbəti görüşdə arzuladığınız qələbə qazanılacaq" vədini verməsi ilə ara sakitləşib.

Xatırladaq ki, ikinci turda "Kəpəz" Qəbələdə "Karvan Yevlax"ı qəbul edəcək.

SPORTİNFO.AZ

Seçilən
8
50
sportinfo.az

10Mənbələr