Məşhur almaniyalı mütəxəssis Bernd Ştange "Şamaxı" klubunun akademiyasında çalışan və Ağsu şəhərindən olan məşqçilərlə görüş keçirilib.
Rekord.az xəbər verir ki, Şamaxı şəhəri Yaradıcılıq Mərkəzində baş tutan görüş "Şamaxı" klubunun İdarə Heyətinin sədri Elçin Usubun çıxışı ilə başlayıb.
Ddaha sonra Stange məşqçiliklə bağlı fikirlərini bildirib, öz təcrübəsini paylaşıb.
Tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Sonda xatirə şəkili çəkdirilib.