Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın ən məşhur istirahət məkanlarından olan Mərkəzi Nəbatat Bağında naməlum cücülərin ziyarətçiləri dişləməsi narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, şəhər sakinləri şikayətlərində bağın piknik üçün nəzərdə tutulan ərazisində cücülərin dişləməsi nəticəsində həm yaşlıların, həm də uşaqların bədənlərində qızartı və səpgilərin əmələ gəldiyini bildiriblər. Bu haldan uşaqların daha çox əziyyət çəkdikləri qeyd olunur.
Mərkəzi Nəbatat Bağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bağ ərazisində cari işlər çərçivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklərə, həmçinin cücülərə qarşı mütəmadi olaraq dezinfeksiya işləri aparılmaqdadır:
"Qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının (insektisid və fungisidlərin) insan sağlamlığına heç bir zərəri yoxdur".
Əzizə İsmayılova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.