AZ

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi – Nələr gözlənilir?

Bakı. Trend:

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətindəmühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqusttarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS)Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi,təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinəistinadən xəbər verir.

Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyatakeçirəcək.

"Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edənsəkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrəməlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmişelektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid KommunalXidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasındaişlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icrahakimiyyəti orqanlarının elektron xidmətlərinin vəqəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən“Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqiaktların vahid bazasını formalaşdıran “Yerli İcra HakimiyyətiOrqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”,dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənədmübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlətinformasiya resurslarını vahid bazada birləşdirən “Dövlətİnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron XidmətlərinVahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsizməlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi”və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digəreyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən“Vahid Giriş” bu altsistemlərə daxildir", - məlumatda deyilir.

EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”,“mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portallarıüzərindən təqdim ediləcək. Qeyd edək ki, sahibkarlıq subyektlərinədövlət xidmətləri "mygov Biznes" portalı üzərindən təqdim olunacaq."Rəqəmsal Razılıq” altsistemi vasitəsilə fərdi məlumatlarınsahibkarlıq subyektləri ilə qanuni əsasla paylaşılması mümkünolacaq, sahibkarlıq subyektlərinin xidmətləri “mygov” və “mygovBiznes” portalları vasitəsilə təqdim oluna biləcək. Həmçininvətəndaş müraciətləri və informasiya sorğuları “mygov” portalıüzərindən göndərilə biləcək. Bundan əlavə, mobil tətbiqlər, virtualköməkçilər və digər rəqəmsal kanallar vasitəsilə də əlçatan olacaq.İstifadəçi yönümlü yanaşma və rahat interfeys prinsiplərinəəsaslanan bu imkanlar, vətəndaşların və biznesin rəqəmsalxidmətlərdən istifadəsini sadələşdirəcək", - məlumatda deyilir.

Bildirilib ki, yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyindərəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini vəəlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanıgücləndirəcək. Nəticədə həm vətəndaş, həm dövlət, həm də biznesüçün vaxt və resurs qənaəti təmin olunacaq.

Məqalədə:
Seçilən
26
15
az.trend.az

10Mənbələr