AZ

“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsi Şamaxıda davam etdirildi - FOTOLAR » AzadMedia.az



D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəsinin növbəti tədbiri 2025-ci il 15 avqust tarixində Şamaxı rayonu Şamaxı Yaradıcılıq Mərkəzində keçirildi.

Azadmedia.az QHT.az-a istinadla xəbər verirki, tədbirdə 19 nəfər iştirak etdi. İştirakçılar əsasən Şamaxı rayon bələdiyyə nümayəndələrindən ibarət idi.

Təlimi Cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Layihənin 2-ci mərhələsi tədbirin 1-ci mərhələsinin qısa xülasəsi – iştirakçıların iştirakı ilə başladı. Daha sonra 1-ci mərhələnin sonunda ev tapşırıqlarının təqdimatı ilə davam etdi. Təqdim olunan 4 layihə iştirakçı qrup tərəfindən müsbət qarşılandı.

Təlimçi Əntiqə Qurbanova aşağıdakı mövzularla bağlı geniş məlumat verdi:

sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;

insan haqlarının, xüsusən də qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə köməklik edə biləcəkləri).

Sonra iştirakçılar geniş müzakirələr apardılar və bu sahədə öz təcrübələrini paylaşdılar. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığının qurbanlarına necə kömək edə biləcəkləri barədə də məlumat verildi.

Qeyd olundu ki, Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixi, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Təlimin davamında “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” mövzusunda kiçik qruplarda iş aparıldı. İştirakçılar 4 qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu.

Təlimçi izah etdi: “Hər qrupun üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq, onları öz ideyalarına necə inandıracaq və ideyalarını necə təqdim edəcəklər?”

Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, eləcə də sahibkar və ya fond rəhbəri birgə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Fotolar
Seçilən
0
20
azadmedia.az

10Mənbələr