AZ

Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Qalağayın kəndində seminar təşkil edib - FOTOLAR » AzadMedia.az



“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi layihə çərçivəsində 15 avqust 2025-ci ildə Sabirabad rayonu Qalağayın kəndində seminar təşkil edib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbiri layihə rəhbəri V.Quliyev açaraq iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

Ekspert A.Adilov fermerlərə torpağın hazırlanması, səpin, gübrələmə, suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımı kimi aqrotexniki tədbirlər barədə geniş izahat verib. O, həmçinin yeni yaradılmış davamlı taxıl sortlarının bölgədə tətbiqinin əhəmiyyətini vurğulayıb.

Fermerlər kənd təsərrüfatında qarşılaşdıqları çətinlikləri səsləndirərək su çatışmazlığı məsələsini xüsusi qeyd ediblər. Layihə rəhbəri və ekspert fermerlərin bu təkliflərini nəzərə alaraq, kənd təsərrüfatı nazirliyinə (KTN) müraciət edilərək Qalağayın kəndində çoxsaylı fermerlərin təsərrüfatlarında istifadəsi üçün bir ədəd su nasosunun quraşdırılması ilə bağlı Təkliflər Paketi hazırlanacağını bildirib.

Seminarın sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb və tədbir iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Fotolar

Seçilən
5
50
azadmedia.az

10Mənbələr