AZ

Gəncədə şəhidlərin xatirəsinə ucaldılan abidəyə ziyan vurublar

Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.

Bu barədə Oxu.Az-a Gəncə İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, İstiqlal parkında şəhidlərin ruhuna hörmətsizlik edənlər istirahət məkanında heykəlin və ərazidə mövcud olan şəhid şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan sistemə də ziyan vurublar:

"Bir neçə plafon qırılıb, bir işıqlandırma sistemi isə oğurlanıb.

Hazırda Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) müvafiq şöbələri tərəfindən parkın ərazisində baş vermiş xoşagəlməz hadisənin aradan qaldırılması istiqamətində təmir və bərpa işlərinə start verilib".

Seçilən
24
aznews.az

1Mənbələr