AZ

Rusiyadan Tramp-Zelenski görüşü ilə bağlı AÇIQLAMA - “Müharibə daha da UZANACAQ” – VİDEO

“Ukraynanın rəsmi mövqeyi dəyişməz qalır: Kiyev Donbasdan geri çəkilməyə qətiyyən hazır deyil. Prezident Volodimir Zelenski də bunu açıq şəkildə nümayiş etdirir. Bununla belə, istisna deyil ki, o, əslində bu addımı Avropa və ABŞ-dan müəyyən güzəştlər almaq üçün siyasi alət kimi istifadə edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Strateji araşdırmalar mərkəzinin müdir müavini Daria Qrevtsova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Si Cinpin Rusiyaya Ukraynada sülh bağlamağa imkan verməyəcək - The Telegraph


Alyaska görüşünün nəticələri və bu gün baş tutacaq Tramp-Zelenski görüşü barədə danışan Qrevtsova, hər iki tərəfin də sərt mövqedən hələ ki, imtina etmədiyinə diqqət çəkib.

“Qərb, əgər Zelenskinin şərtlərinə razılıq versə, Ukrayna lideri Donbasdan qoşunların çıxarılmasına da qərar verə bilər. Bu səbəbdən, rəsmi Kiyevin sərt bəyanatlarına baxmayaraq, belə bir ssenarini istisna etmək olmaz. Bununla yanaşı, Zelenskinin digər prioritetləri də gündəmdədir: NATO-ya rəsmi üzvlük olmasa da, faktiki təhlükəsizlik zəmanətləri əldə etmək, həmçinin Ukraynanın bərpası üçün 200 milyard dollarlıq paket və Avropada dondurulmuş Rusiya aktivlərinin Kiyevə ötürülməsi. Bunun fonunda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş diqqət mərkəzindədir”.

Rəsmi açıqlamalarda tərəflər görüşü “pozitiv” adlandırıblar.

Konkret sülh razılaşması səsləndirilməsə də, müşahidəçilər iki liderin müəyyən gizli razılıqlara gəlmələrini istisna etmirlər:

“Ən azı, bu dialoq Moskva və Vaşinqton arasında münasibətlərin bərpası istiqamətində mühüm addım kimi dəyərləndirilir. Lakin yaxın perspektivdə sülh müqaviləsinin imzalanması real görünmür. Avropa ölkələrinin kompromisə getməsi ehtimalı zəifdir. Onlar üçün müharibənin davam etməsi daxili müxalifəti zəiflətmək, seçicilərə Rusiya təhlükəsini göstərmək və öz siyasi mövqelərini gücləndirmək üçün əlverişli vasitədir. Bu səbəbdən, hazırkı mərhələdə münaqişənin həlli əvəzinə, daha çox müharibənin uzanacağı ehtimal olunur”.


Bizim.Media

Seçilən
8
50
bizim.media

10Mənbələr