AZ

"Barselona" "İnter"in müdafiəçisini ala bilər

 “İnter”in müdafiəçisi Benjamin Pavard karyerasını başqa bir aparıcı Avropa liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun agenti Pini Zahavi “Barselona”nın nümayəndələri ilə danışıqlar aparıb.

Tərəflər fransalı futbolçunun mümkün transferini müzakirə ediblər.

Pavardın transferi təxminən 25 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Benjamen Pavarın “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Geridə qalan A Seriyası mövsümündə o, İtaliya çempionatında 23 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb və 4 sarı vərəqə alıb.

Seçilən
1
10
90deqiqe.az

10Mənbələr