AZ

"Beşiktaş" futbolçusunu icarəyə verib

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Elan Rikardonu icarəyə verib.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

21 yaşlı kolumbiyalı yarımmüdafiəçi 2025/2026 mövsümündə Braziliyanın "Atletiko Paranaense" komandasının formasını geyinəcək. Cənubi Amerika təmsilçisi mövsümün sonunda onu birdəfəlik almaq hüququna malikdir.

Qeyd edək ki, Elan Rikardo cari ilin fevralında "Beşiktaş"a keçib.

Seçilən
13
5
report.az

10Mənbələr