AZ

Makrondan Ukrayna ilə bağlı diqqətçəkən SÖZLƏR

Fransa Prezidenti Emmanuel Makron, Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putini "sülh istəməməkdə" günahlandıran Makron, "Rusiyanın Ukraynaya təqdim etdiyi şey sülh

deyil, açıq bir təslimiyyət (kapitulyasiya) şərtidir" ifadəsini işlədib.

Bu sözlər Qərb-Rusiya gərginliyində yeni bir gərginlik mərhələsinə işarə edir. Makron Ukrayna müharibəsinin həlli üçün "yeni bir diplomatik mərhələyə" keçilməli olduğunu vurğulayıb.

O, 18 avqustda Donald Trampla keçiriləcək görüşün əsas məqsədini "Ukrayna ilə Avropalı müttəfiqlər arasında birləşmiş cəbhə yaratmaq" kimi açıqlayıb.

Fransız lider görüşdə Trampdan Ukraynanın təhlükəsizlik zəmanətlərinə necə dəstək verəcəyinin soruşulacağını bildirib.

Makronun açıqlamalarında önə çıxan digər mühüm məqamlar bunlar olub:
"Ukraynanın torpaqları ilə bağlı qərar vermək səlahiyyəti yalnız Ukrayna hökumətinə məxsusdur" deyərək Rusiyanın ərazi iddialarını rədd edib.

Ukrayna ordusunun zəiflədilməsini nəzərdə tutan istənilən razılaşmanın pozulmağa məhkum olduğunu, bu səbəbdən Ukraynanın güclü orduya sahib olması gərəkdiyini vurğulayıb.

Avropanın təhlükəsizliyinin birbaşa olaraq Ukrayna-Rusiya müharibəsi ilə bağlı olduğuna diqqət çəkib.

Makron Avropalı liderlərin danışıqlar masasındakı iştirakının vacibliyini vurğulayaraq, "Vətəndaşlarımızın mənafelərini ən yaxşı şəkildə təmsil edə bilmək üçün masada olmalıyıq" deyib.

Seçilən
25
50
cebheinfo.az

10Mənbələr