AZ

Kiyev üçün təminat: ABŞ ordusu Ukraynaya yeridilir

Mümkün təhlükəsizlik təminatları çərçivəsində Ukrayna döyüşlər başa çatdıqdan sonra öz ərazisində Amerika hərbçilərinin yerləşdirilməsinə ümid edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Trampın müşavirlərinə istinadən məlumat yayıb.

Belə ki, adı açıqlanmayan müşavirlərdən biri sözügedən ehtimala müsbət reaksiya verib. Digər müşavir isə məsələnin hələ açıq qaldığını vurğulayıb: 

“Biz mətbuat vasitəsilə danışıqlar aparmayacağıq”.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiv Uitkoff bəyan ediblər ki, 15 avqustda Alyaskada keçirilən sammitdə Vladimir Putin ilk dəfə olaraq ABŞ və Avropa müttəfiqlərinin Ukraynaya təhlükəsizlik təminatları verə biləcəyini qəbul edib.

Eyni zamanda, Rubio NBC-yə açıqlamasında bildirib ki, sülhə nail olmaq üçün həm Ukrayna, həm də Rusiya müəyyən güzəştlərə getməyə məcbur olacaq: 

“Potensial kompromislər barədə müzakirələr aparılmalıdır, lakin bunları ictimaiyyətə açıqlamaq ölkələrin daxilində əlavə problemlər yarada bilər”.

Bizim.Media

Seçilən
89
50
bizim.media

10Mənbələr