AZ

Dövlət Xidməti gələn ay üç hərrac keçirəcək

BAKI, 18 avqust. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 2-si, 4-ü və 9-da hərraclar keçiriləcək. Hərraclara 66 nəqliyyat vasitəsi çıxarılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir.

Sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir.

Sentyabrın 9-da keçiriləcək hərraca 13 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
5
18
teleqraf.com

10Mənbələr