AZ

Tramp: Girovların azad edilməsinin yeganə yolu HAMAS-ın məhvidir

ABŞ prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HAMAS-ın məhv edilməsindən asılı olduğunü düşünür.

APA xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında fikirlərini bölüşüb.

“Girovların geri qaytarılmasını yalnız HAMAS məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən sadəcə 6 ayda, 6 müharibəni sonlandırmışam. Mən İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın”- Tramp qeyd edib.
Seçilən
21
50
sherg.az

10Mənbələr