Bakı.Trend:
Bu ilin 6 ayı ərzində 164 429 ədəd reklam icazəsi verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan DövlətReklam Agentliyindən məlumat verilib.
Bildirilib ki, icazələrin 67 759-u Bakı ŞRİ , 96 670-i Regionalidarələr üzrə verilib.
"Cari ilin ilk 6 ayı ərzində reklam yayımı dayandırlan (demontajedilən) daşıyıcı sayı isə 20 862 ədəd olub. Onlardan 12 673-ü BakıŞRİ, 8 189-u isə Regional idarələr üzrə olub", - məlumatdavurğulanıb.
Xatırladaq ki, ötən ilin 1-ci rübündə ADRA-nın ərazi reklamidarələri tərəfindən 67545, ikinci rübündə isə 68442 reklamınyayımına icazə verilib.