Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikasının baş naziri Radovan Vişkoviç istefa verib.
“Report” Serb mediasına istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
"Mən öz varisimə sabit Serb Respublikası qoyub gedirəm və yeni hökumətə uğurlar arzulayıram", - o deyib.
Yaxın vaxtlarda muxtariyyətin Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılacaq. R.Vişkoviç Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənə qədər hökumət başçısı vəzifəsində qalacaq.