AZ

Əsəbləri sakitləşdirən 19 saniyəlik üsul

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu nəfəsalma texnikası narahatlığı tez bir zamanda azalda bilər"

Milli.Az bildirir ki, bunu psixoloq Pavel Javneryov deyib.

Onun sözlərinə görə "4-7-8" texnikası və Ceykobsonun relaksasiya üsulu kimi metodlar orqanizmi sakitləşdirir və sinir sisteminin gərginliyini azaldır.

Psixoloq əlavə edib ki, bu üsullar yalnız qısamüddətli nəticə verir və narahatlığı köklü şəkildə aradan qaldırmır. Daha uzunmüddətli effekt üçün isə sakitləşdirici dərmanlardan istifadə etmək olar.

Mütəxəssis vurğulayıb ki, əsas hədəf ümumi narahatlıq səviyyəsini azaltmaqdır. Bu halda insan stresli vəziyyətlə qarşılaşanda belə güclü həyəcan yaşamaya bilər. Bunun üçün isə ən təsirli yol - koqnitiv-davranışçı terapiyadır. Bu terapiya insana öz narahatlıq yaradan düşüncələrini izləməyi, onları təhlil etməyi və münasibətini dəyişməyi öyrədir.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
21
news.milli.az

10Mənbələr